Çinin Mədəniyyət və Turizm Nazirliyi yerli turistlərə Yaponiyaya səfərdən çəkinməyi şiddətlə tövsiyə edir. Yaponiyada olan çinli turistlər yerli təhlükəsizlik vəziyyətini yaxından izləməli, təhlükəsizlik tədbirləri barədə məlumatlılıqlarını artırmalı, özünümüdafiə tədbirlərini gücləndirməli və fövqəladə hallarda dərhal polisə məlumat verməli və Çinin Yaponiyadakı səfirliyindən və ya konsulluğundan kömək istəməlidirlər.
1xeber.media xəbər verir ki, bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi də Yaponiyada Çin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi barədə məlumat yaymışdı:
"Yaponiyada ictimai təhlükəsizlik son vaxtlar qeyri-sabitdir, Çin vətəndaşlarına qarşı cinayətlər və bir neçə hücumlar baş verir".

















