Səudiyyə Ərəbistanında Məkkədən Mədinəyə gedən avtobus dizel tankeri ilə toqquşub.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 42 hindistanlı ümrə zəvvarı həyatını itirib.
Məlumata görə, qəzanın zərbəsi şiddətli olub, hadisə nəticəsində yaralananlar da var.
"Fövqəladə hallar briqadaları və yerli hakimiyyət orqanları xilasetmə işləri aparmaq üçün hadisə yerinə cəlb olunub. Rəsmilər hələ də itkilərin dəqiq sayını dəqiqləşdirir və ölənlərin şəxsiyyətini müəyyənləşdirir", - KİV yazıb.

















