Polşanın baş naziri Donald Tusk Ukrayna prezidenti Vladimir Zelenskidən Polşada dəmir yolu təxribatında iştirak edən Ukrayna vətəndaşları barədə məlumat tələb edib.
1xeber.media xəbər verir ki, O, bu barədə TVP Info kanalında yayımlanan Varşavada keçirilən "Biznes üçün Elm" konfransında bildirib.
“Polşa Rusiya kəşfiyyat xidmətləri ilə bəzi Ukrayna vətəndaşları arasında mümkün əməkdaşlıqdan yarana biləcək potensial təhlükələri müəyyən etməyə kömək edəcək bütün mümkün məlumatların dərhal ötürülməsini gözləyir”, - baş nazir telefon danışığı zamanı bildirib.
Tusk daha əvvəl dəmiryolunda baş verən partlayışda əli olanların müəyyən edildiyini açıqlamışdı. Şübhəlilərdən biri mayda "Ukrayna ərazisində təxribat törətməkdə" mühakimə olunub.

















