1xeber.media xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov zərurət yaranarsa, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı dərhal təşkil oluna bilər.
O, belə bir ehtimalın olduğunu təsdiqləyib. Eyni zamanda, Kreml sözçüsü əlavə edib ki, “zirvə görüşündən əvvəl görülməli olan işlər hələ tamamlanmayıb”.
Oktyabrın 16-da Putin və Tramp arasında iki saatlıq telefon danışığı olub. Ağ Ev rəhbəri bildirib ki, hər iki tərəf "böyük irəliləyiş əldə edib". Danışıqlardan sonra iki liderin Macarıstanda görüşəcəyi açıqlanıb. Lakin oktyabrın 23-də Tramp Macarıstan sammitinin ləğv edildiyini açıqlayıb.
Noyabrın əvvəlində Peskov qeyd edib ki, Putinlə Tramp arasında dərhal görüşə ehtiyac yoxdur.

















