Lukoil Şirkətlər Qrupu Bolqarıstandakı Burqas neft emalı zavodunu və yanacaqdoldurma məntəqələri şəbəkəsini yeni sahibinə satmaq niyyətində olduğunu açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti noyabrın 19-da öz saytında məlumat yayıb.
“Lukoyl” əməliyyatı başa çatdırmaq və Bolqarıstandakı neft emalı zavodunu, yanacaqdoldurma məntəqələri zəncirini və digər aktivləri yeni sahibinə satmaq üçün lazımi səylər göstərir”, - məlumatda deyilir.
Bildirilib ki, Bolqarıstandakı aktivləri idarə edən “LUKOIL International GMBH” şirkəti beynəlxalq aktivlərinin satışını həyata keçirmək üçün ABŞ Maliyyə Nazirliyindən 2025-ci il dekabrın 13-dək ümumi lisenziya alıb. “Lukoyl” xarici menecerin satış prosesinə mane olmayacağına ümid etdiyini bildirib.

















