“Qənirə Paşayeva təzə-təzə başlayanda (jurnalist fəaliyyəti nəzərdə tutulur – red.) deyirdilər ki, Qənirə Qəzənfər Paşayevin qardaşı qızıdır. 10 il sonra isə deyirdilər ki, Qəzənfər Paşayev Qənirənin əmisidir”.
1xeber.media “News24”ə istinadən xəbər verir ki, əməkdar elm xadimi Qəzənfər Paşayev Ruhiyyə Əliyevanın təqdimatında RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində qardaşı qızı, mərhum ictimai-siyasi xadim Qənirə Paşayeva barəsində danışıb.
Onunla bağlı xatirələrini bölüşən Qəzənfər Paşayev qeyd edib ki, Qənirənin ölümünün ildönümü tamam olanda onun haqqında məqalə yazıb: “Qardaşım qızına demək istədiklərim: demək istəyirəm ki, sən az yaşadın, çox iş gördün. Sən nəslimizin adını ucaltdın. Buna görə sənə təşəkkür edirəm”.
1xeber.media həmin verilişin videosunu təqdim edir:















