"Barselona" klubunun braziliyalı vingeri Rafinya "Liverpul"un diqqətini cəlb edib.
1xeber.media xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Bildirilir ki, İngiltərə nəhəngi 28 yaşlı braziliyalını Məhəmməd Salahın əvəzləyicisi kimi görür. "Qırmızılar" gələn yay oyunçu üçün 100 milyon avro təklif etməyə hazırlaşır.
Mövsümün hazırkı hissəsində Rafinya klub səviyyəsində 7 matçda çıxış edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. "Transfermarkt" onun dəyərini 90 milyon avro olaraq qiymətləndirir.















