“Qəbələ” və “Kəpəz” klubları arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
1xeber.media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.
Bildirilib ki, müqavilə müddətinin uzadılmamasını, Gəncə klubunun müraciətini, “Karvan-Yevlax”ın razılıq məktubunu nəzərə alan PFL Misli Premyer Liqasının XIII turundan etibarən “sarı-göylər”in ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.















