Əgər Ukrayna prezidenti Vladimir Zelenski prezident aparatının rəhbəri Andriy Yermakı işdən çıxara bilməsə, bu, respublikanın sonunun başlanğıcı ola bilər.
1xeber.media xəbər verir ki, bu barədə Teleqam kanalında deputat Maryana Bezuhla açıqlama verib.
"Əgər prezident gizlənməyə çalışsa və qərar qəbul edə bilməsə, bu, sonun başlanğıcı ola bilər. Mübaliğə deyil", - deyə o, proqnozlaşdırıb.
Bezuhlanın sözlərinə görə, Ukraynada və Ali Radada atmosfer son dərəcə gərgindir. Vəziyyət cəbhədəki vəziyyətlə daha da mürəkkəbləşir.
Bundan əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, Zelenski öz ofisinin rəhbərini işdən azad etməkdən imtina edib. Noyabrın 20-də Ali Rada Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) katibi, İstanbul danışıqlar qrupunun rəhbəri Rustem Umerovun vəzifələrindən azad edilməsi haqqında qətnaməni qeydə alıb.
















