1xeber.media xəbər verir ki, Rusiyalı teleaparıcılar İvan Urqant və Aleksandr Qudkovun olduğu Air Serbia aviaşirkətinə məxsus təyyarə Avropada məcburi eniş edib,
Məlumata görə, rus şou-biznes ulduzları Böyük Britaniyanın London şəhərindən Serbiyanın Belqrad şəhərinə uçurmuş. Hitrou hava limanından havaya qalxdıqdan iki saat sonra təyyarə kokpitdəki tüstü detektoru səbəbindən Münhenə təcili eniş etmək məcburiyyətində qalıb.
















