Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) biznesmen və Vladimir Zelenskinin şəriki Timur Mindıç və onun baş maliyyəçisi Oleksandr Tsukermanı axtarışa verib.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən məlumat yayıb.
Məlumat bazasında Mindiç və Tsukerman ibtidai istintaq orqanlarından gizlənən şəxslər kimi qeyd olunub. Onlar noyabrın 20-dən itkin düşüblər.
Agentliyin məlumatına görə, Mindıç enerji sektorunda korrupsiya sxemlərində iştirak edən cinayətkar təşkilatın üzvüdür. Noyabrın 13-də Zelenski ona və baş maliyyəçisinə qarşı sanksiyalar tətbiq edib.
Bundan əvvəl NABU Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) keçmiş katibinin birinci müavini Oleq Qladkovskini axtarışda olanlar siyahısına salmışdı.















