“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”.
Bunu “Qafqazinfo”ya açıqlamasında “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev deyib.
Plaza sahibi hesab edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.















