Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının baş müəllimi Sədaqət Mehdiyeva uzunsürən xəstəlikdən sonra vəfat edib.
1xeber.media xəbər verir ki, Sədaqət Mehdiyeva 1978-1984-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki AzTU) təhsil alıb. Təhsil aldığı dövrdən indiyə kimi ixtisas kafedrasında laborant, böyük laborant, mühəndis, assistent və baş müəllim vəzifələrində çalışıb.

















