Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan öldürülüb.
1xeber.media xəbər verir ki, bu barədə “Afganistan Times” qəzeti Pakistan mənbələrinə istinadla məlumat yayıb.
Xəbər sosial mediada sürətlə yayılıb. Lakin hələ ki, rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, bu, İmran Xanla bağlı yayılan ilk saxta ölüm xəbəri deyil. Bu ilin may ayında da onun evində güllələndiyi və ya zorakılığa məruz qaldığı iddiaları yayılmışdı.
Bundan əlavə, Pakistan Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən, lakin təsdiqlənməmiş mətbuat açıqlaması da sosial mediada geniş paylaşılıb.
















