Moskvanın Kuntsevo Məhkəməsi müğənni Avraam Russonun oğurlanmasında iştirak edən şəxs haqqında qərar çıxarıb.
1xeber.media xəbər verir ki, iddialar qismən təmin edilib və cavabdehdən - Tarxan Eldukayev 600 min rubl mənəvi təzminat ödəyəcək.
2004-cü il yanvarın 31-də müttəhim başqaları ilə birlikdə müğənnini qaçırıb.
Bundan əvvəl Moskva Qarnizonu Hərbi Məhkəməsi iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi olmuş Eldukayevi 1990-cı illərdə sifarişli qətllər və iş adamlarına sui-qəsd cəhdlərinə görə 14,5 il müddətinə azadlıqdan məhrum edib.
T.İsmayılovun özü beynəlxalq axtarışa verilib.
















