1xeber.media xəbər verir ki, Rusiyanın Qvineya-Bisaudakı səfirliyi ölkədəki vəziyyətlə əlaqədar noyabrın 26-da yüksək hazırlıq vəziyyətinə gətirilib.
“Mövcud məlumatlara görə, uniformalı silahlı şəxslər Mərkəzi Seçki Komissiyasının (MSK – Red.) binasını ələ keçiriblər”.
Səfirlik həmçinin bəyan edib ki, prezident Oumarou Sisoku Embalonun vəziyyəti ilə bağlı ziddiyyətli xəbərlər var və “hələlik heç bir aydınlıq yoxdur”.
















