Goranboyda mənzillərin döşəməsinin çökməsi zamanı yararsız hala düşən binanın bir bloku çöküb.
Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərovun 1xeber.media-a verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
"Bir neçə gün əvvəl Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 60 mənzilli binanın 5-ci girişində birinci mərtəbə uçmuşdu. Həmin gündən əhali təxliyə olunmuşdu, binada yaşayış yox idi. Hazırda saat 21:30 radələrində həmin binanın 5-ci girişi tam olaraq çöküb. Xəsarət alan yoxdur. Rayon icra hakimiyyəti, rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli qurumları gücləndirilmiş qaydada hadisə yerindədir", - deyə Seymur Nəzərov bildirib. Unikal.az
















