Bildiyiniz kimi, avqust ayında Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə şiddətli töhmət elan edilməsi barədə Sərəncam imzalayıb. O, işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət alıb.
Bu dəfə Ağdaş Rayon İcra Hakimiyyəti və tabeliyindəki idarə və müəssisələrin bağladığı tenderləri araşdırdıq. Araşdırmaya görə, Ağdaş Rayon İcra Hakimiyyəti cari ildə (avqustdan- töhmət aldıqdan sonra) müxtəlif sahələr üzrə xeyli sayda satınalma müqavilələri bağlayıb.
1xeber.media 32gun.az-a istinadla həmin siyahını təqdim edirilk.
-
“ERACON” MMC – Ağdaş şəhərinin Heydər Əliyev prospektində abadlıq, yenidənqurma və təmir işləri üçün mal-materialların, ağac və gül kollarının alınması: 428.154,98 AZN
-
“MAIN SUPPLY” MMC – Maşın və avadanlıqların satınalınması: 9.817,6 AZN
-
“ADZONE-S” MMC – Ağdaş rayonunda tədbirlərin təşkil olunması xidmətləri: 89.979,72 AZN
-
ATF MMC – Ağdaş şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiri: 155.364,53 AZN
-
Qurbanov Şamo Əlşiraz oğlu – Nəqliyyat vasitələrinin cari təmir xərcləri: 4.853 AZN
-
Şamil Rahim oğlu Abdullayev – Dəftərxana və təsərrüfat mallarının alınması: 6.955,98 AZN
Beləliklə, Ağdaş Rayon İcra Hakimiyyətinin bu tenderlər üzrə ümumi xərci 695.125,81 AZN təşkil edib.
Araşdırma göstərir ki, abadlıq işlərindən tutmuş tədbir təşkilatına, nəqliyyat və ofis xərclərinə qədər müxtəlif sahələrdə xeyli məbləğlər sərf olunub. Bu satınalmaların məbləği, Orxan Hüseynzadəyə verilmiş töhmətin fonunda, ictimai diqqəti cəlb edir.
















