1xeber.media xəbər verir ki, Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının Berestki kəndinə nəzarəti ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mərkəz qoşun qrupunun bölmələri düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləməyə davam edərək DXR-in Berestki kəndini azad etdilər. Dzerjinsk, Şerbinovka, Petrovka və Novoalekseevka yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş və motoatıcı briqadası və dəniz piyadaları briqadasının canlı qüvvəsi və texnikası darmadağın edilib.
Həmçinin qrupun məsuliyyət zonasında Ukrayna Silahlı Qüvvələrinin 10 əks-hücumları dəf edilib. Nazirlik bildirir ki, düşmən ordusu 525-ə qədər hərbi qulluqçu, 5 zirehli döyüş maşını, 3 texnika, 3 ədəd 152 mm-lik D-20 silahı və 2 ədəd 122 mm-lik D-30 haubitsasını itirib.