Ukrayna Qərb tərəfdaşlarından adekvat hərbi dəstək aldığı təqdirdə, Rusiya qoşunlarının daha da irəliləməsini dayandırmaq və cəbhədəki vəziyyəti sabitləşdirmək iqtidarındadır.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Qərbin Ukraynaya vaxtında və kifayət qədər hərbi yardımı, silah satışı, ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı qətiyyətli iqtisadi tədbirləri Ukraynanın döyüş meydanında Rusiyanın irəliləməsini dayandırmasına imkan verə bilər”, - məlumatda deyilib.

















