Estoniya Qərb hərbi qüvvələrinin ölkəyə yerləşdirilməsi çərçivəsində Ukraynaya qoşun yeritməyə hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kristen Mixal Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında bildirib.
"Lakin biz bunun konkret olaraq necə işləyəcəyini düşünməliyik - dənizdə və quruda", - siyasətçi vurğulayıb.
Mixal qeyd edib ki, Qərb qüvvələrinin Ukraynaya yerləşdirilməsi “konkret” sülh sazişinin bağlanmasını tələb edir. O əlavə edib ki, Tallin Ukraynaya qoşun rotası göndərməyə hazırdır.
Bundan əvvəl Avropa Parlamenti BMT Təhlükəsizlik Şurasının mandatı çərçivəsində Ukraynada sülhməramlıların yerləşdirilməsini dəstəkləyən qətnamə qəbul edib. Parlamentarilər həmçinin Ukraynaya NATO Nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları verməyə çağırıblar.

















