Macarıstan əmindir ki, Serbiya Ukraynadan daha çox Avropa İttifaqına (Aİ) daxil olmağa hazırdır.
1xeber.media xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto noyabrın 27-də Serb Respublikasının keçmiş lideri Milorad Dodiklə keçirdiyi mətbuat konfransında belə deyib.
“Avropa inteqrasiyasına gəlincə, Brüsselin Ukraynanı Qərbi Balkan ölkələrindən daha çox Aİ-yə üzvlük üçün daha hazırlıqlı hesab etməsi pis zarafatdı Ukrayna, müqayisədə, Avropa İttifaqına risk, müharibə və Ukrayna mafiyasını gətirə bilər”, o, YouTube-da yayımlanan görüşdə deyib.
Macarıstanlı siyasətçinin fikrincə, Qərbi Balkan ölkələri daha hazırlıqlıdır və “Aİ-yə iqtisadi artım və güc gətirəcək”.















