Avropa İttifaqı (Aİ) Ukrayna prezidenti Andriy Yermakın ofisinin rəhbərinin evində aparılan axtarışları Ukraynanın antikorrupsiya qurumlarının uğurlu fəaliyyətinin əlaməti hesab edir.
1xeber.media “The Guardian”-na istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə üzrə sözçüsü Qiyom Mersier deyib.
Onun sözlərinə görə, Ukraynadakı korrupsiya qalmaqalının təhqiqatı “açıq şəkildə nümayiş etdirdi ki, antikorrupsiya qurumları həqiqətən mövcuddur və onların fəaliyyətinə icazə verilir”.
"Qeyd edim ki, korrupsiya ilə mübarizə ölkənin Aİ-yə daxil olmasının əsas elementidir; bunun üçün davamlı səylər və güclü antikorrupsiya potensialı tələb olunur", - Mersier əlavə edib.
Yermakın evində axtarışlar noyabrın 28-i səhər saatlarında elan edilib. Jurnalistlərin məlumatına görə, araşdırmanı on antikorrupsiya əməkdaşı aparır. Yermak özü bildirib ki, o, istintaqla əməkdaşlıq edir və hüquq-mühafizə orqanlarına onun mənzilinə tam giriş imkanı verib.
















