Qarşıdan gələn qış mövsümünü nəzərə alaraq, Gəncə şəhərinin Heydər Əliyev və M. K. Atatürk prospektlərində, eləcə də digər ərazilərində yolkənarı fasadlara bərkidilmiş dekorativ gül dibçəkləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən müvəqqəti olaraq götürülür.
1xeber.media xəbər verir ki, bu addım həm bitkilərin şaxta və sərt hava şəraitindən qorunması, həm də güclü külək və ya digər mövsümi təsirlər səbəbilə yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə atılıb.
Sözügedən ərazilərdə bahar fəslində dekorativ gül dibçəkləri yenidən öz yerlərinə qaytarılacaq və prospektlərin əvvəlki estetik görünüşü bərpa olunacaq.
Görülən tədbirlər şəhərin ümumi estetik görünüşünün yaxşılaşdırılmasına, yaşıllıq sahələrinin artırılmasına və vətəndaşlar üçün daha rahat şəhər mühitinin formalaşdırılmasına xidmət edir.















