1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban arasında danışıqların nəticələrini müsbət qiymətləndirib.
Eyni zamanda, Lavrov vurğulayıb ki, Rusiya tərəfi Avropa İttifaqı (Aİ) ölkələrindən fərqli olaraq, Ukrayna münaqişəsi ilə bağlı Macarıstanın mövqeyinə hörmətlə yanaşır.
















