Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı Sərəncama əsasən, Rəşadət Qurban oğlu Nabatov Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib.
Sərəncama uyğun olaraq, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası da Rəşadət Nabatova həvalə olunub.
Qeyd edək ki,bu gün Naxçıvan Ali Məclisinin növbəti sessiya iclası keçirilib və Səhiyyə naziri Samiq Sadıxov tutduğu vəzifədən azad edilib.















