1xeber.media xəbər verir ki, ABŞ prezidentinin elçisi Stiven Vitkoff ABŞ-ın Florida ştatında Ukrayna nümayəndə heyəti ilə ikinci görüşün başlandığını elan edib.
"ABŞ prezidentinin elçisi Floridada Ukrayna nümayəndə heyətinin nümayəndəsi ilə yeni görüş keçirir", - adını açıqlanmayan yüksək rütbəli mənbələr AFP-yə bildiriblər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Floridada ABŞ-Ukrayna danışıqlarının ilk sessiyasının yekunlarına əsasən, Ukraynadakı münaqişənin həlli üçün sülh sazişinin uğur qazanması üçün hər cür şansın olduğunu bildirmişdi.
Daha sonra adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmur Politico jurnalına bildirib ki, Kiyev ABŞ-ın “[Rusiya prezidenti Vladimir] Putinlə məsləhətləşmələrində” Ukrayna prezidenti Vladimir Zelenskidən “yan keçmək” istəyindən şikayətlənir.

















