Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba dekabrın 2-də bəyan edib ki, ölkə “taktiki məğlubiyyət”lə üzləşib.
1xeber.media xəbər verir ki, onun sözlərini Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında yazıb.
Kulebanın sözlərinə görə, Ukraynanı “ağır həqiqətlərlə” qarşılaşmalı olacağı “çox çətin dövr” gözləyir.
"Reallığı etiraf etməkdən imtina etmək bizi geridə qoyacaq. Ukrayna taktiki məğlubiyyətlə üz-üzədir", - Ukraynanın keçmiş xarici işlər naziri qeyd edib.

















