ABŞ Nikolas Maduronun Venesuela prezidenti vəzifəsindən istefa verəcəyi təqdirdə plan hazırlayır.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 2-də Pentaqonun mətbuat katibi Kinqsli Uilson brifinq zamanı bildirib.
"Departamentin istənilən ehtimal üçün fövqəladə hallar planı var Dünyanın hər hansı bir yerində gözlənilməz bir şey baş verərsə, bizim artıq cavabımız var və icra etməyə hazırıq" deyə o, Venesuela liderinin mümkün istefası ilə bağlı sualı cavablandırıb.
Vilsonun sözlərinə görə, ABŞ ordusu bu günə qədər narkotik qruplarına qarşı 21 zərbə endirib.

















