1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin “India Today” telekanalında hindistanlı jurnalist ondan Krım haqda sual verdikdən sonra gülüb.
Müsahibi dövlət başçısından soruşub ki, “Krımın ilhaqı” qərarının səbəbi Sevastopoldakı liman olub? Putin güldü və izah etdi ki, Ukrayna ilə razılaşmaya görə liman rusiyalı olaraq qaldığı üçün onu ələ keçirməyə ehtiyac yoxdur.
"Və biz Krımı ilhaq etməmişik. Mən bu məqamı vurğulamaq istəyirəm. Biz sadəcə olaraq öz həyatını və taleyini Ukraynada çevriliş edənlərlə bağlamaq istəməyən insanlara kömək etməyə gəlmişik", - prezident əlavə edib.
Putin bundan əvvəl Krımın Ukraynaya verilməsinin Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovun hədiyyəsi olduğunu bildirmişdi. Onun sözlərinə görə, Ukraynanın yaradılması prosesi 1917-ci ildə, həmin ərazilərdə dəqiq sərhədləri olmayan “qeyri-sabit və qısamüddətli kvazi-dövlət qurumları” yaranmağa başlayanda başlayıb.
Dövlət başçısı qeyd edib ki, Böyük Vətən Müharibəsindən sonra İosif Stalin əvvəllər Polşa, Rumıniya və Macarıstana məxsus olan ərazilərin bir hissəsini Ukrayna SSR-ə verib.

















