1xeber.media xəbər verir ki, Avropa Komissiyasının (AK) X sosial media platformasına qarşı cəriməsi Amerika xalqına qarşı hücumdur, ABŞ dövlət katibi Marko Rubio X-də bildirib.
"Avropa Komissiyasının X-i 140 milyon dollar cərimələmək qərarı təkcə X-ə hücum deyil, bu, xarici hökumətlərin bütün Amerika rəqəmsal resurslarına və Amerika xalqına hücumudur", - Rubio qeyd edib.
Dövlət katibi vurğulayıb ki, “amerikalıların onlayn senzuraya məruz qalması günləri” geridə qalıb.

















