Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə rüsum tətbiq etməyəcək.
1xeber.media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bəyanatında deyilir.
“Gürcüstan hökuməti bu il dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə “Gürcüstan Dəmir Yolları”na sözügedən yükün tarif tətbiq edilmədən daşınması barədə dərhal tapşırıq verilib”, - məlumatda deyilir.
Qeyd olunub ki, Gürcüstan Azərbaycan və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və olmaqda davam edir, həmçinin regionda sülh və sabitliyi dəstəkləyir.

















