1xeber.media xəbər verir ki, Yaponiya hökuməti ölkənin şimalında baş verə biləcək meqazəlzələ ilə bağlı xəbərdarlıq edib.
Yeraltı təkanların 8 bal gücündə olacağı proqnozlaşdırılsa da, zəlzələnin baş vermə ehtimalı cəmi 1 faizdir. Xəbərdarlıq Yaponiyanın əsas Honsyu adasının ən şimal prefekturası olan Aomori adasının şərq sahillərində baş verən 7,5 bal gücündə güclü zəlzələdən sonra edilib.
Səlahiyyətlilər xəbərdarlığın sakinləri mümkün təkanlara hazırlayacağına ümid edirlər. Zəlzələ riskinin artması gələn həftə ərzində də davam edəcək və hökumət vətəndaşları, xüsusən də su yaxınlığında yaşayanları ayıq-sayıq olmağa çağırır.
Bundan əvvəl Kolumbiyada 5,5 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələnin episentri Floridablanka şəhərindən 34 kilometr aralıda yerləşib.

















