AMEA prezidenti İsa Həbibbəyli Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin akademiyanın həqiqi üzvlüyündə qalması məsələsinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, bu məsələdə akademiyanın konkret mövqeyi var. İsa Həbibbəyli Mehdiyevin AMEA üzvlüyündə qala bilməyəcəyini vurğulayıb.
“Ramiz Mehdiyevin müstəqil Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı hərəkətləri, barəsində ittihamlar akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir. Məsələyə akdemiyada baxılıb, lazımi qərar qəbul ediləcək”, - İsa Həbibbəyli qeyd edib.

















