Aramsız yağışlar Biləsuvar şəhəri ərazisində bəzi çətinliklər yaradıb.
1xeber.media xəbər verir ki,bu barədə İqtisadiyyat.az-a rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, küçələr və piyada səkiləri yağış suları altında qalıb.
Sakinlər deyir ki, intensiv yağışlar nəticəsində şəhərin bəzi mərkəzi küçələrinin və səkilərin su altında qalması həm avtomobillərin, həm də piyadaların hərəkətində müəyyən problemlər yaradıb.
Hər dəfə güclü yağışlar zamanı eyni situasiyanın yarandığını söyləyən şəhər sakinləri bildirib ki, problem uzun illərdir qalmaqdadır.
Onlar deyir ki, küçələrin subasmalara məruz qalması eyni zamandq məktəblilərin də gediş-gəlişində problemlərin yaranmasına səbəb olub.
Problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini bildirən yerli əhalinin sözlərinə görə, hər dəfə onlara məsələnin həll olunacağını söyləyiblər. Amma buna baxmayaraq praktiki olaraq heç bir addım atılmayıb.

















