Şair Ramaldanovun ailəsində faciə: Qardaşı polkovnik İlham Ramaldanovun qızı qəzada vəfat etdi
1xeber.media xəbər verir ki,hərbçilər arasında tanınmış Ramaldanovlar ailəsində böyük faciə yaşanıb. Belə ki, polkovnik İlham Ramaldanovun ailə üzvləri ağır qəzaya düşüblər. Faciə nəticəsində polkovnikin 36 yaşlı qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı Cəmilə Bağırova həyatlarını itiriblər.
Yol-nəqliyyat hadisəsi Qusar rayonunun Yuxarı Ləgər kəndində baş verib.
Bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.
Onun sözlərinə görə hadisə zamanı daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ekspert baş verən hadisənin polkovnikin qardaşı, tanınmış ekspert Şair Ramaldanov tərəfindən təsdiqləndiyini vurğulayıb.
Bildirilib ki, mərhumların nəşi gecə saatlarında Bakıya gətirilib, dəfn mərasimi paytaxtda keçiriləcək.



















