1xeber.media xəbər verir ki, Venesuela hökuməti ABŞ prezidenti Donald Trampın Karakasın neftin və torpaqların ABŞ-a qaytarılması ilə bağlı tələblərinə cavab verib.
Bolivar Respublikasının vitse-prezidenti Delsi Rodriges bəyan edib ki, onun ölkəsi yerli və beynəlxalq qanunlara tam uyğun olaraq, “bütün təbii sərvətləri üzərində suverenliyini, həmçinin azad naviqasiya və azad ticarət hüququnu bir daha təsdiqləyir”. O, həmçinin qeyd edib ki, Tramp Venesuela ilə bağlı bəyanatlarında “müdaxiləçi və müstəmləkəçi” dildən istifadə edir, başqa dövlətin təbii sərvətlərinin onun mülkiyyəti olduğuna inanır. “Venesuela bir daha heç vaxt heç bir imperiyanın müstəmləkəsinə çevrilməyəcək”, - deyə siyasətçi yekunlaşdırıb.
Dekabrın 17-də Tramp Venesueladan “bütün neft, torpaq və oğurlanmış digər aktivləri” ABŞ-a qaytarmağı tələb edib. O qeyd edib ki, hazırda Bolivar Respublikası sahillərində əhəmiyyətli hərbi qüvvə toplanır. "Venesuela tamamilə Cənubi Amerika tarixində yığılmış ən böyük armada ilə əhatə olunub", - Amerika lideri bildirib.

















