Almaniya kansleri Fridrix Merz Rusiya Mərkəzi Bankının Almaniyadakı dondurulmuş aktivlərindən Ukraynanı dəstəkləmək və Belçikanın tələblərini təmin etmək üçün istifadə etmək niyyətindədir.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 18-də “Bild” qəzeti Brüssel danışıqları aparan dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Belçika da dondurulmuş Rusiya aktivlərinin potensial istifadəsi halında Avropa ölkələrindən “məhdudiyyətsiz” maliyyə zəmanəti istəyir.
Dekabrın 11-də Belçika Rusiyanın mümkün cavab tədbirləri risklərini ödəmək üçün Ukraynaya dondurulmuş Rusiya aktivlərindən “reparasiya krediti” vermək üçün Aİ-dən ona maliyyə ehtiyatı ayırmağı tələb edib.

















