1xeber.media xəbər verir ki, Almaniyanın Berliner Zeitung (BZ) qəzeti diplomatik mənbələrə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merz dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı mövqeyinə görə özünü Avropa liderləri arasında təcrid edib.
Qəzet yazır ki, "Merzin nüfuzu sarsılıb - o, avropalılar arasında təcrid olunub. Almaniya kansleri səhv mərcə girib və alçaldılıb".
Merzin aktiv şəkildə irəli sürdüyü dondurulmuş Rusiya aktivlərini satmaq planı iflasa uğradı və onun həm Avropada, həm də Almaniya daxilində reputasiyasına xələl gətirdi. Bundan başqa, məqalə müəllifləri qeyd edirlər ki, bu, Ukraynanın gələcək maliyyələşdirilməsinin mürəkkəb məsələsi üzrə danışıqlarda Berlinin mövqeyini zəiflədib.
Bundan əvvəl İtaliyanın baş naziri Giorgio Meloni və Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərindən Ukraynaya “təzminat krediti” kimi istifadə etmək planının rədd edilməsində əsas rol oynadığı bildirilmişdi. Seçilmiş alternativ ittifaqın ümumi büdcəsindən 90 milyard avroluq kredit idi.

















