Dekabrın 20-də Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən növbəti ümumrayon iməcliyi keçirilib. İməclikdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Aparatın əməkdaşları, idarə, müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
1xeber.media xəbər verir ki,iməclik zamanı iştirakçılar tərəfindən 200 ədəd eldar şamı əkilmiş, sahədə təmizlik işləri görülüb. Əkilən hər bir ağacın qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işlərinə xüsusi diqqət yetirilib, əkilmiş ağaclara qulluq göstərilib.























