1xeber.media xəbər verir ki, Suriyanın Moskvadakı səfirliyi üzərində müxalifət bayrağı qaldırılıb. Bu barədə dekabrın 9-da hadisə yerindən müxbiri məlumat verib.
Görüntülərdə müxalifət bayrağının alqış sədaları altında bayraq dirəyinə qaldırıldığı görünür.Bir gün əvvəl Suriya bayrağı ölkənin Moskvadakı səfirliyindən götürülüb. Diplomatik missiyanın adını göstərən lövhənin də olmadığı bildirilib.
Bundan başqa, Suriyanın Sankt-Peterburqdakı fəxri konsulluğunun binasına kustar üsulla hazırlanmış müxalifət bayrağı asılıb.Həmin gün Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsi ilə birlikdə Moskvada olduğu məlum olub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, o, dövlət başçısı vəzifəsindən istefa verib.