1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Afrika, Asiya, Şərqi Avropa, Mərkəzi və Cənubi Amerikada xidmət edən 48 Amerika səfirini geri çağırmaq qərarına gəlib.
Bu kadr dəyişikliklərinin səbəbləri açıqlanmayıb. Dəyişiklikdən təsirlənən diplomatların Xarici Xidmət zabiti statuslarını saxlayacaqları və Vaşinqtona qayıtdıqdan sonra onlara başqa vəzifələr təklif ediləcəyi dəqiqləşdirilib.
"Bu, istənilən administrasiyada standart prosedurdur. Səfir prezidentin şəxsi nümayəndəsidir və prezidentin bu ölkələrdə onun "Öncə Amerika" siyasətini təbliğ edən şəxslərlə təmsil olunmasını təmin etmək hüququ var", - mənbə nəşrə bildirib.
Daha əvvəl bildirilmişdi ki, Tramp administrasiyası yüksək vəzifələrdə çalışan 30-a yaxın diplomatı geri çağırmaq qərarına gəlib. Onlara vəzifə müddətlərinin yanvarda bitəcəyi ilə bağlı məktublar gəlib.

















