Bundestaqdakı Xristian Sosial Birlik (CSU) parlament qrupunun rəhbəri Aleksandr Hofman Avropa İttifaqı (Aİ) liderlərini Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmağa çağırıb.
1xeber.media xəbər verir ki, onun sözləri dekabrın 23-də “Handelsblatt” qəzetində dərc olunub.
"Avropa özünü bu arenada oyunçu kimi görməlidir. Biz Avropanın maraqlarını təmsil etməliyik və bu, Putinlə danışıqlarda edilə bilər və edilməlidir", - nəşr qeyd edib.
Parlamentari əlavə edib ki, Avropa bu məsələdə yekdil mövqedən çıxış etməlidir.

















