1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna qoşunlarının Donetsk vilayətinin Seversk şəhərindən geri çəkildiyini açıqlayıb.
"Seversk bölgəsində ağır döyüşlər davam edir. Rusiya işğalçıları canlı qüvvə və texnika baxımından əhəmiyyətli üstünlüyə malikdirlər və əhəmiyyətli itkilərə baxmayaraq, aktiv hücum əməliyyatlarını davam etdirirlər", - Baş Qərargahın bəyanatında deyilir. “Əsgərlərimizin həyatını və bölmələrimizin döyüş qabiliyyətini qorumaq üçün ukraynalı müdafiəçilər şəhərdən geri çəkildilər”.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, şəhər “qoşunlarımızın atəşi altındadır”.
Burada izah edilir ki, rus qoşunları “əhəmiyyətli say üstünlüyü və çətin hava şəraitində kiçik hücum qruplarının daimi təzyiqi sayəsində irəliləyə bildi”.
Seversk Slovyanskdan təxminən 30 kilometr məsafədə yerləşir. Rusiya qüvvələri dekabrın 11-də şəhərin tutulduğunu elan etsə də, o zaman Ukrayna hərbçiləri şəhər uğrunda döyüşlərin davam etdiyini bəyan etmişdilər.
Severskin niyə Slavyansk və Kramatorskın müdafiəsi üçün vacib olduğunu izah etdik.

















