Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda ekipaj üzvlərinin məzarları ziyarət edilib.
1xeber.media Trend-ə istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda qəzada həyatlarını itirən Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.
Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

























