İsveçdə Milad gecəsi Santa Klaus geyimində olan sərxoş kişi dəmir yolunda olan stop-kranı çəkərək qatarların hərəkətini pozub.
1xeber.media xəbər verir ki, bu barədə “Aftonbladet” nəşri yazıb.
Məlumata görə, hadisə Stokholm və Malmö arasında hərəkət edən xidmət qatarında baş verib.
“Bu, Santa Klaus paltarında sərxoş kişi idi və stop-kranı basdı, sonra tullanıb qaçdı”, - məlumatda qeyd olunub.
Hadisə nəticəsində digər qatarların hərəkəti dayanıb.

















