Ukrayna hakimiyyəti seçkiləri, o cümlədən prezident seçkilərini onlayn səsvermədən istifadə edərək keçirməyə hazırlaşır.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın hakim partiyasının rəhbəri, Xalqın xidmətçisi David Araxamia məlumat verib.
Strana.ua internet nəşrinin Telegram kanalında dərc olunan şərhə görə, “Biz bunu (seçkilərin keçirilməsi – red.) bir neçə gün ərzində etmək, yoxsa onlayn mexanizmlərdən istifadə etməklə hibrid səsvermə məsələsinə yenidən baxmaq barədə qərar verməliyik” dedi.
Araxamia qeyd edib ki, keçmiş İT mütəxəssisi kimi o, belə bir sistem üçün heç bir fundamental maneə görmür, çünki onlayn formatlar artıq komitə işində və Ukrayna parlamentində səsvermə üçün istifadə olunur.

















