1xeber.media xəbər verir ki, alman yarış pilotu Mixael Şumaxer Formula 1 tarixində ən çox maaş alan sürücülərin reytinqinə başçılıq edir.
Yeddi qat dünya çempionu və 91 yarışın qalibinin 790 milyon dollar sərvəti var.
İkinci yeri 304 milyon dollar dəyərində sərvəti ilə başqa yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmilton tutur.
Fernando Alonso 264 milyon dollarlıq sərvətlə üçüncüdür. İspan ikiqat Formula 1 çempionudur.
Finlandiyalı dünya çempionu Kimi Rəykkönen 254 milyon dollar sərvəti ilə dördüncüdür.
İlk beşliyi 2019-cu ildə dünyasını dəyişən avstriyalı Niki Lauda tamamlayır. Üçqat dünya çempionunun sərvəti 203 milyon dollar qiymətləndirilir.

















