Rus oliqarx Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunun satışından əldə edilən gəliri Ukraynaya köçürə bilməyib.
1xeber.media xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb.
“Jurnalistlərin məlumatına görə, Cersi hakimiyyəti tərəfindən iş adamına qarşı başlanan istintaq və məhkəmə prosesi başa çatana qədər transfer başa çatdırıla bilməz.
Abramoviçin sövdələşmə nəticəsində 2,5 milyard funt sterlinq aldığı iddia edilir, lakin sanksiyalar səbəbindən vəsait onun hesablarında dondurulub.
Böyük Britaniya hakimiyyəti də öz növbəsində ondan bu vəsaitləri Kiyevə təhvil verməsini tələb edib. Lakin Abramoviçin “Çelsi”nin satışından əldə edilən gəliri Ukraynaya təhvil vermək niyyəti yoxdur. O, buna görə bir qrup vəkil tutub və hüquqlarını məhkəmədə müdafiə etmək niyyətindədir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə alıb. O, sanksiyalar səbəbindən 2022-ci ilin may ayında klubu satıb.

















