İrəvan şəhərinin meri Tiqran Avinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçki siyahısına daxil edildiyini açıqlayıb.
1xeber.media xəbər verir ki, o, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat görüşü zamanı jurnalistlərə bildirib.
Avinyan qeyd edib ki, partiyanın İdarə Heyəti onun namizədliyini təsdiqləyib. Mer açıqlamasında bu məsələni təsdiqləyərək hakim partiyanın siyahısında yer aldığını bildirib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı ilin yayında keçirilməsi planlaşdırılır.

















